Slovakiyada futbol oyunları azarkeşlərin iştirakı ilə keçiriləcək. Matc.az xəbər verir ki, bu barədə Slovakiya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.
 
Martın 14-dən bu ölkədə pandemiyaya qarşı bütün məhdudiyyətlər götürüləcək. Qurum iki ildən sonra stadionların məhdudiyyətsiz fəaliyyətindən məmnunluğunu bildirib. Buna baxmayaraq, federasiya hər kəsi daha diqqətli olmağa səsləyib.
 
Slovakiya yığması UEFA Millətlər Liqasında millimizin rəqiblərindən biridir. Azərbaycan millisi Slovakiya ilə ilk oyununu iyunun 10-da evdə, növbəti görüşü isə sentyabrın 22-də səfərdə keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest