Böyük Britaniya hökuməti rusiyalı iş adamı Roman Abramoviçin "çelsi" klubunun satışından pul almasını istəmir. Martın 10-da rusiyalı iş adamına qarşı sanksiyalar tətbiq edilib, onun aktivləri dondurulub. Bu, onun "çelsi"ni satmaq imkanını əngəlləyir.
 
Matc.az xəbər verir ki, Böyük Britaniya hökuməti "çelsi"nin satılmasına icazə verən lisenziyanın verilməsi variantını nəzərdən keçirməyə hazırdır. Lakin Abramoviçin bu satışdan gəliri olmayacaq.
 
Böyük Britaniya hökuməti hesab edir ki, bu satış London klubunun fəaliyyətini təmin edəcək.
 
"çelsi" sanksiyalar səbəbindən transferlər edə, futbolçularla müqaviləni yeniləyə bilməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest