Bu gün futzal üzrə Yüksək Liqada XVI turun oyunları keçirilib. Matc.az xəbər verir ki, turun görüşləri Bakı İdman Sarayında təşkil olunub.
 
Turun açılış matçı "Alyans"la "Record" arasında baş tutub. 8 qolluq qarşılaşma "Record"un qələbəsiylə yekunlaşıb.
 
Mərkəzi oyunda lider "Araz"la əsas rəqiblərindən biri "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirib. Naxçıvan təmsilçisi bu oyundan da qalib ayrılıb.
 
EKOL isə bu turda U-19-la görüşdə 5 cavabsız qola sevinib.
 
Turun son matçı "Baku Fire" isə "Xilə" ilə arasında keçirilməli idi. Lakin "Xilə" təyin olunmuş vaxtda meydana çıxmayıb. Oyunun nəticəsi barədə İntizam Komitəsi qərar verəcək.
 
Yüksək Liqa
XVI tur
11 mart
 
Alyans (Lənkəran) – Record 1:7
Qol: Sajjad Amirteimour, 9:55 - Hossein Hotkani Seyedreza, 3:57; 30:17; 33:04. Matin Qahremani, 6:56; 37:11. Sərxan Məstiyev, 12:30; 15:46.
Hakimlər: Hacıəli Ağayev, Elgün Hüseynov, Ziya Nəsirov
Hakim-inspektor: Füzuli Nəcəfov
Bakı İdman Sarayı. Saat 12:00.
 
Araz (Naxçıvan) – Neftçi İK 4:1
Qol: Hasan Ali Jafari, 5:01-öz qapısına. Maneka, 6:03; 37:21. Ramiz çovdarov, 35:45 - Hasan Ali Jafari, 16:15.
Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Ceyhun Hüseynov
Hakim-inspektor: Azər Əsgərov
Bakı İdman Sarayı. Saat 14:15.
 
EKOL – U-19 5:0
Qollar: Tofiq Mikayılov, 11:47; 27:23. Faiq Əliyev, 18:13. Rüstəm Bağırov, 25:33. Orxan Həsənəliyev, 29:10.
Hakimlər: Knyaz Əmiraslanov, Mahir Məmmədov, Vüsal Balaşov
Hakim-inspektor: Mehman Mahmudov
Bakı İdman Sarayı. Saat 16:15.
 
Baku Fire - Xilə
Hakimlər: Xəlil Xəlilov, Hüseyn Əsgərov, Anar Fərəcov
Hakim-inspektor: Azad Hüseynov
Bakı İdman Sarayı. Saat 18:00.
 
Xal durumu: Araz – 46, EKOL – 36, Neftçi – 31, Baku Fire – 28, Record – 15, U-19 – 13, Alyans – 12, Xilə – 6.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest