"Qarabağ" dünya reytinqində irəliləyib. Matc.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" 300 klubun yer aldığı siyahıda 129 xalla 108-ci pillədə qərarlaşıb.
 
Ağdam komandası ötən ayla müqayisədə 54 pillə irəliləyib.
 
Siyahının genişləndirilməsi nəticəsində "Neftçi" də "300-lüy"ə daxil olub. Hazırda "ağ-qaralar" 81,5 xalla 236-cıdır.
 
Siyahıya 310 xalla İngiltərənin "çelsi" klubu başçılıq edir. Braziliya "Palmeyras"ı (286) ikinci, "Atletiko Mineyro" (285) isə üçüncüdür.
 
Xatırladaq ki, IFFHS-in dünya üzrə reytinq siyahısında əvvəllər 200 klub yer alırdı.
 
"Qarabağ" Avropa reytinqində də 16 pillə irəliləyib. Hazırda 129 xala malik Ağdam təmsilçisi qitənin ümumilikdə 170 klubunun yer aldığı siyahıda 72-cidir. Komanda ötən ay 85.6 xalla 88-ci idi.
 
Azərbaycanın daha bir təmsilçisi "Neftçi" isə 81,5 xalla 134-cü sırada qərarlaşıb.
 
Siyahıya İngiltərənin "çelsi" komandası liderlik edir. "Zadəganlar"ın 310 xalı var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest