"Qalatasaray" klubunun İspaniyadan Türkiyəyə qayıdış proqramında dəyişiklik edilib. Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna İstanbulda hökm sürən qarlı hava şəraiti səbəb olub.
 
"Sarı-qırmızılar" ən yaxşı halda martın 12-də Türkiyəyə qayıda biləcəklər. "Qalatasaray"ın "Beşiktaş"la derbiyə hazırlığı da İspaniyada başlayacaq.
 
Avropa Liqasının 1/8 finalının ilk oyunları çərçivəsində "Qalatasaray" səfərdə "Barselona" ilə qolsuz heç-heçə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest