Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, müzakirələrdən sonra Birinci Divizionun 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
"Zirə-2" - "Zaqatala" oyununda "Zaqatala"nın futbolçusu Maqsud Ələkbərov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
 
"Səbail-2" - "Sabah-2" oyununda "Səbail"in 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunub.
"Sabah"ın futbolçusu Samir Məhərrəmli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, komanda 20 manat cərimə olunub.
 
"Kəpəz" - "Sumqayıt" oyununda "Sumqayıt"ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunub.
 
"Neftçi-2" - "Qarabağ-2" oyunundan öncə polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub. "Neftçi"nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunub. "Qarabağ"ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunub. "Qarabağ"ın azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün komanda 80 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest