Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında təşkil olunan turnirlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
Futzal üzrə Yüksək Liqanın "Neftçi" İK - EKOL oyununda EKOL-un futzalçısı Namiq Məmmədkərimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Yüksək Liqanın "Alyans" FK - "Baku Fire" oyununda "Alyans"ın futzalçısı Elşən Veysoyev komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
Futzal üzrə Yüksək Liqanın U-19 – "Xilə" oyununda "Xilə" təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:5 hesablı texniki məğlubiyyət verilib.
 
Futzal üzrə Birinci Liqanın "Şuşa" – "Ulduz" oyununda "Ulduz"un futzalçısı Səid Talıbzadə sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Matçın 19-cu dəqiqəsində oyun yarımçıq dayandırıldığı üçün "Ulduz"a 0:5 hesablı texniki məğlubiyyət verilib.
 
Futzal üzrə Birinci Liqanın "Dəstə Ordubad" - "Star Karqo" oyununda "Dəstə Ordubad"ın futzalçısı Anar Rəhimov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın "Standard" - "Baku Fire 2" oyununda "Baku Fire 2" komandasının futzalçısı Zalış Səmədzadə sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın PASO – "Zəngilan" oyununda "Zəngilan"ın futzalçısı Kamil Aslanov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Advokat" – "Borçalı" oyununda "Borçalı"nın futzalçısı Asif İsmayılov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "İSMA" Baku – "Baker Tilly" oyununda "Baker Tilly" komandasının futzalçısı Orxan Həsənov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
Yüksək Qızlar Liqasının "Keşlə" - "Qəbələ" oyunundan sonra "Qəbələ"nin baş məşqçisi Dilarə Əhmədova ikinci sarı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. "Keşlə"nin cəzalı futbolçusu Umnisə Əliyeva rəqib komandanın oyunçularını təxribata çəkdiyi üçün 8 oyun stadiona girişinə qadağa qoyulub.
 
Region Liqasının "Energetik" – "Karvan" oyununda "Karvan"ın futbolçusu Məhəmmədəli Hüseynov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Region Liqasının "İmişli" – "Füzuli" oyununda "İmişli"nin baş məşqçisi Süleyman İsayev hakimlər briqadasını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.
 
Region Liqasının "Araz" (Saatlı) – "Mil" oyununda "Mil"in futbolçusu Cahangir Qurbanzadə hakimlər briqadasını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
Region Liqasında keçirilməli olan "Şahdağ" (Quba) – "Cəbrayıl" oyununda "Şahdağ" (Quba) komandası matçı keçirmək üçün lazımi tədbirləri həyata keçirmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
Region Liqasının "Babək" – "Kəngərli" oyununda "Babək"in baş məşqçisi Rauf Əliyev ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Region Liqasının "Batabat" – "Əlincə" oyunundan sonra "Əlincə"nin futbolçusu Mehman Quluyev hakimlərə hədə-qorxu gəldiyi üçün 5 oyun cəzalanıb.
 
Gənclər Liqasının "Neftçi" PFK – "Səbail" oyununda "Neftçi"nin futbolçusu Xəqan Məmmədov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Gənclər Liqasının "Keşlə" – "Qarabağ" oyununda "Qarabağ"ın futbolçusu Vasif Fərəcov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Gənclər Liqasının "Neftçi" İK İB – "Zirə" oyununda "Zirə"nin futbolçusu Elçin Bayramov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Gənclər Liqasının "Sabah" – "Səbail" oyununda "Səbail"in futbolçusu Əkbər Eyyubov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Gənclər Liqasının "Qəbələ" - "Neftçi" PFK oyununda "Neftçi"nin futbolçusu Cavanşir Şahbazlı aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
U-17 Liqasının "Neftçi" İK İB - "Zaqatala" oyununda "Zaqatala"nın futbolçusu Deniz Ramazanov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-14 Liqasının "Neftçi" PFK – "Vətən" RİOEUGFM oyununda "Vətən"in futbolçusu Vahid Rəhimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-12 Liqasının "Qarabağ" – "Vətən" RİOEUGFM oyununda "Vətən"in baş məşqçisi Kənan Mustafayev texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-11 Liqasının "Modern" FA – "Yasamal Sağlamlıq" İK oyununda "Yasamal Sağlamlıq" komandasında yetərsay olmadığı üçün oyun baş tutmadığına görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest