Azərbaycan Premyer Liqasında və birinci divizionda çıxış edən klubların istifadəsi üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə "Nike" şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində AFFA tərəfindən Peşəkar Futbol Liqasına 300 (üç yüz) ədəd top verilib. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Mövcud əməkdaşlıq çərçivəsində cari mövsümün startından öncə və daha əvvəlki iki mövsümdə klublara "Nike" topları təqdim olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest