Futbol üzrə Almaniya Bundesliqasının 26-cı turunda keçirilməli olan "Auqsburq" – "Maynts" matçı təxirə salınıb. Matc.az xəbər verir ki, bu barədə "Maynts"ın rəsmi saytı məlumat yayıb.
 
Oyunun təxirə salınmasına səbəb komandanın heyətində bir çox futbolçunun koronavirusa yoluxmasıdır. 
 
Daha əvvəl "Maynts"ın Bundesliqanın 25-ci turunda Dortmund "Borussiya"sı ilə oyunu da təxirə salınmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest