PSJ-nin hücumçusu Kilian Mbappe gələn həftənin ortalarında "Real"la müqavilə imzalayacaq. Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
 
Rəsmi olaraq 23 yaşlı fransalı futbolçunun Madrid klubuna transferi mövsümün sonunda açıqlanacaq.
 
Mbappenin "Real"da maaşı illik 25 milyon avro olacaq. Eyni zamanda, o, "Real"dan 60-80 milyon avroluq imza bonusu alacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest