Futbol üzrə İngiltərə Premyer Liqasında 29-cu tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
 
Turun açılış oyununda "Brayton" və "Liverpul" kollektivləri üz-üzə gəliblər. Qonaqlar bu oyundan inamlı qələbə ilə ayrılıblar.
 
Ən maraqlı oyunlardan biri "Old Trafford"da olub. İki oyundur qələbə qazana bilməyən, üstəlik, ötən tur derbidə "Mançester Siti"yə böyük hesabla məğlub olan "Mançester Yunayted" "Tottenhem"i qəbul edib. "Qırmızı şeytanlar" Kristiano Ronaldonun het-trik etdiyi qarşılaşmadan qalib ayrılıb.
 
İngiltərə Premyer Liqası
29-cu tur
12 mart
 
Brayton – Liverpul 0:2
Qol: L.Dias, 19. Salah, 61-pen.
 
Brentford – Bernli 2:0
Qol: Toni, 85; 90+4-pen.
 
Mançester Yunayted – Tottenhem 3:2
Qol: Ronaldo, 12; 38; 81 – Keyn, 35-pen. Maquayr, 72-öz qapısına. 
 
13 mart
 
18:00 Vest Hem – Aston Villa
18:00 Lids – Norviç Siti
18:00 Sauthempton – Uotford
18:00 çelsi – Nyukasl
18:00 Everton – Vulverhempton
20:30 Arsenal – Lester Siti
 
14 mart
 
00:00 Kristal Pelas – Mançester Siti

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest