Futbol üzrə İtaliya A Seriyasında 29-cu tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
 
Dörd qolun qeydə alındığı "Salernitana" - "Sassuolo" matçında qalib müəyyənləşməyib. "Spetsiya" "Kalyari"ni məğlub yola salıb.
 
Səfərdə "Sampdoriya" ilə qarşılaşan "Yuventus" inamlı qələbəyə sevinib. Lider "Milan" isə qələbə qazanmağı unudan "Empoli"ni qəbul edib. "Rossonyerilər" bu görüşdə məğlubiyyətsiz oyunlar seriyasını bir qədər də uzadıb.
 
İtaliya A Seriyası
29-cu tur
12 mart
 
Salernitana – Sassuolo 2:2
Qol: Bonatsoli, 8. Dyuriç, 81 – Skamakka, 20. Traore, 30.
 
Spetsiya – Kalyari 2:0
Qol: Erlik, 55. Manaj, 74.
 
Sampdoriya – Yuventus 1:3
Qol: Sabiri, 84 – Yoşida, 23-öz qapısına. Morata, 34-pen; 88.
 
Milan – Empoli 1:0
Qol: Kalulu, 19.
 
13 mart
 
15:30 Fiorentina – Bolonya
18:00 Verona – Napoli
21:00 Atalanta – Cenoa
21:00 Udineze – Roma
23:45 Torino – İnter
 
14 mart
 
23:45 Latsio – Venetsiya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest