İngiltərənin "Mançester Yunayted" klubu Premyer Liqadakı ev oyunlarında qələbə sayında rekord əldə edib. Matc.az xəbər verir ki, bu, 29-cu tur çərçivəsində baş tutan "Tottenhem"lə ev oyunundakı 3:2 hesablı qələbə sayəsində gerçəkləşib.
 
"Qırmızı şeytanlar" 400-cü ev qələbəsini qazanaraq, bu həddə çatan ilk komanda olub. Qalibiyyətlərin ən çoxu - 23-ü məhz "Tottenhem" üzərində əldə olunub.
 
Hazırda "Mançester Yunayted" Premyer Liqada 29 oyundan sonra 50 xalla 4-cü yerdə gedir. "Tottenhem" isə 45 xalla 7-cidir. Turnir cədvəlinə 69 xala malik "Mançester Siti" başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest