Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"sunun futbolçuları "Hayduk"a qarşı Xorvatiya çempionatının 27-ci turunun oyunundan əvvəl hücuma məruz qalıblar. Matc.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Split şəhərində keçirilən matçın startına bir neçə saat qalmış yerli azarkeşlər qonaq komandanın oyunçularını daşıyan avtobusa daşla hücum ediblər.
 
Eyni hadisə avtobus matçın oynanıldığı "Polyud" stadionuna yaxınlaşdığı vaxt da təkrarlanıb. Avtobusun şüşələri qırılsa da, xəsarət alan olmayıb.
 
Yerli polis oyun vaxtı iğtişaş yaratmağa çalışan 89 nəfərin saxlanıldığını bildirib. Saxlanılanlardan ümumilikdə 35 pirotexniki vasitə, 1 ədəd qaz tapançası və 154 ədəd patron aşkar edərək götürülüb.
 
Mahir Emrelinin start heyətdə yer aldığı, 56-cı dəqiqədə əvəzləndiyi oyun 0:0 hesabı ilə bitib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest