Futbol üzrə Latviya çempionatında yeni mövsümə start verilib.

Futbol üzrə Latviya çempionatında yeni mövsümə start verilib. Matc.az xəbər verir ki, turun açılış matçında azərbaycanlı futbolçu Asim Əlizadənin formasını geyindiyi "Dauqavpils" doğma meydanda "Tukums 2000" ilə qarşılaşıb.
 
üç qolun qeydə alındığı bu matçda futbolçumuzun komandası çətin qələbəyə sevinib – 2:1.
 
Asim də bu görüşün iştirakçısı olub. O, yeni komandasındakı debüt matçında ilk dəqiqələrdən meydanda olub və 58-ci dəqiqədə əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest