Futbol üzrə İngiltərə Premyer Liqasında 29-cu turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bazar günü altı qarşılaşma baş tutub.
 
"Vest Hem" "Aston Villa"nı, "Lids" "Norviç Siti"ni məğlub yola salıb. "Sauthempton" evdə "Uotford"a uduzubsa, "Everton" da "Vulverhempton"a məğlub olub.
 
2022-ci ildə uğurlu çıxış edən "Nyukasl" 9 oyunluq məğlubiyyətsizlik seriyasını "çelsi" ilə səfər matçında davam etdirməyə çalışsa da, buna nail olmayıb. Premyer Liqada 5 oyundur uduzmayan London klubu bu oyundan minimal hesabla qalib ayrılıb. Paytaxtın digər təmsilçisi "Arsenal" da "Lester"lə ev oyununda inamlı qələbəyə sevinib.
 
İngiltərə Premyer Liqası
29-cu tur
12 mart
 
Brayton – Liverpul 0:2
Qol: L.Dias, 19. Salah, 61-pen.
 
Brentford – Bernli 2:0
Qol: Toni, 85; 90+4-pen.
 
Mançester Yunayted – Tottenhem 3:2
Qol: Ronaldo, 12; 38; 81 – Keyn, 35-pen. Maquayr, 72-öz qapısına.
 
13 mart
 
Vest Hem – Aston Villa 2:1
Qol: Yarmolenko, 70. Fornals, 82 – Remsi, 90.
 
Lids – Norviç Siti 2:1
Qol: Rodriqo, 14. Gelhardt, 90+4 – Maklin, 90+1.
 
Sauthempton – Uotford 1:2
Qol: Elyunussi, 45 – Kuço, 14; 34.
 
çelsi – Nyukasl 1:0
Qol: Haverts, 89.
 
Everton – Vulverhempton 0:1
Qol: Koadi, 49.
 
Arsenal – Lester Siti 2:0
Qol: Partey, 11. Lakazette, 59.
 
14 mart
 
00:00. Kristal Pelas – Mançester Siti

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest