Futbol üzrə Almaniya Bundesliqasında 26-cı tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
 
"Ayntraxt" Frankfurtda "Bohum"la üz-üzə gəlib. üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. "Bayer" isə "Köln"lə ev oyunundan məğlubiyyətlə ayrılıb.
 
Dortmund "Borussiya"sı Bundesliqada qalmaq uğrunda mücadilə aparan "Arminiya"ya minimal hesabla qalib gəlib. "Leypsiq" də səfərdə "Qroyter"i darmadağın edib.
 
Bu turun "Auqsburq" - "Maynts" matçı qonaqların heyətində koronavirusa kütləvi yoluxma səbəbindən təxirə salınıb.
 
Almaniya Bundesliqası
26-cı tur
12 mart
 
Union Berlin – Ştutqart 1:1
Qol: Avoniyi, 41-pen – Kaladziç, 90.
 
Frayburq – Volfsburq 3:2
Qol: Qrifo, 7; 44. Şlotterbek, 87 – Kruse, 52. Arnold, 84.
 
Hoffenhaym – Bayern 1:1
Qol: Baumqartner, 32 – Levandovski, 45+3.
 
Borussiya (Mönxenqladbax) – Herta 2:0
Qol: Plea, 24-pen. Ginter, 59.
 
13 mart
 
Bayer – Köln 0:1
Qol: Şindler, 67.
 
Ayntraxt – Bohum 2:1
Qol: Masoviç, 46-öz qapısına. Kamada, 52 – Polter, 19.
 
Borussiya (Dortmund) – Arminiya 1:0
Qol: Volf, 21.
 
Qroyter – Leypsiq 1:6
Qol: Levelinq, 4 – A.Silva, 17. Forsberq, 32. Laymer, 35. Henrixs, 45. Simakan, 59. Nkunku, 69.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest