Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulub. Matc.az xəbər verir ki, "Qəbələ" doğma meydanda "Zirə" ilə qarşılaşıb. Bu komandalar ötən gün üz-üzə gəlsə də, Qəbələyə yağan güclü qar səbəbindən matçı başa çatdırmaq mümkün olmamışdı. Bu üzdən də qarşılaşma bu gün qaldığı yerdən – 65 dəqiqədən davam etdirilib. Lakin bu oyunda hesab açılmayıb. Beləcə, tərəflər qolsuz bitən iki günlük qarşılaşmanın yekununda hərəyə 1 xalla kifayətləniblər.

Bu nəticədən sonra 35 xalı olan paytaxt təmsilçisi ikinci, 33 xalı olan "qırmızı-qaralar" isə dördüncü sırada qərarlaşıb.

19-cu turun əvvəlki oyunlarında "Keşlə" "Səbail"ə (3:0), "Qarabağ" "Sabah"a (1:0), "Neftçi" isə "Sumqayıt"a (2:1) qalib gəlib.

Azərbaycan Premyer Liqası
19-cu tur
14 mart

"Qəbələ" – "Zirə" 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov.
Qəbələ şəhər stadionu.

Qəbələ: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. ürfan Abbasov (k), 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 9. Fernan Lopes, 24. Patrik Robson.
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 12. Rüfət Əhmədov, 2. Samet Karakoç, 77. Emil Səfərov, 33. Hüseyn Mürsəlov.
Baş məşqçi: Elmar Baxşıyev.
Zirə: 1. Mehdi Cənnətov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 91. Coşqun Diniyev, 5. Rahil Məmmədov, 18. Davit Volkov, 44. Dmitrios çantakias, 47. Mohamed Hamdaui, 14. Hamidu Keyta, 99. Ahmed Ayzaya, 4. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 9. Loris Broqno, 92. Brayan Alseus, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov, 56. Samir Ağayev.
Baş məşqçi: Rəşad Sadıqov.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest