PSJ klubunun azarkeşləri Lionel Messi ilə Neymarı fitə basıblar. Matc.az Fransa mətbuatına istinadən xəbər verir ki, hadisə dünən, "Bordo"ya qarşı Liqa-1-in oyununda (3:0) baş verib.
 
Messi və Neymar hər dəfə topa sahib olanda azarkeşlər fit çalıblar. Bundan başqa, onların ünvanına təhqiramiz ifadələr də səsləndirilib. Neymarın matçda bir qol vurması belə, fanatların hirsini soyutmayıb.
 
PSJ ötən həftə çempionlar Liqasının 1/8 final matçında "Real"a uduzaraq mübarizəni dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest