Almaniyanın "Herta" klubunun yeni baş məşqçisi məlum olub. Matc.az Bundesliqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandanı bundan sonra Feliks Maqat çalışdıracaq. 
 
Almaniyalı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb. O, bu vəzifədə türkiyəli mütəxəssis Tayfun Korkutu əvəzləyib.
 
Maqat 5 ildir işsizdir. O, son iş yeri olan çinin "Şandun Tayşan" klubundan 2017-ci ildə ayrılıb.
 
"Herta" Bundesliqada hazırda 23 xalla 18 komanda arasında 17-ci pillədədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest