Peşəkar Futbol Liqası (PFL) Qəbələdəki daha bir oyunun vaxtını hava şəraitinə görə dəyişib

Peşəkar Futbol Liqası (PFL) Qəbələdəki daha bir oyunun vaxtını hava şəraitinə görə dəyişib. Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, martın 15-də təşkili planlaşdırılan Birinci Divizionun 18-ci turunun "Qəbələ-2" – "Səbail-2" görüşü 14:00-dan 13:00-a keçirilib.
 
Bundan əlavə, bir gün sonra keçiriləcək "Zaqatala" – MOİK matçı da eyni saatda start götürəcək. "Qəbələ-2" – "Səbail-2" görüşü Qəbələ şəhər stadionunun əsas meydançasında baş tutacaq.
 
Xatırladaq ki, Azərbaycan Premyer Liqasının 19-cu turunda "Qəbələ" - "Zirə" oyun ötən gün qara görə təxirə salınmışdı. Həmin görüş bu gün qaldığı yerdən davam etdirilib və qolsuz başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest