"Kiminsə bu gün məğlub olmasını istəmirdim". Matc.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Qəbələ" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIX tur oyunundan sonra mətbuat konfransında deyib.
 
40 yaşlı mütəxəssis iki gün davam edən görüşün maraqlı alındığını bildirib: "Artıq bir sutkadır ki, oyun bitmirdi. Dünən hava şəraitinə görə görüş 65-ci dəqiqədə dayandırıldı. Belə məqamda komandanı tonusda saxlamaq çətindir. Hər iki tərəfin futbolçularını təbrik edirəm. ürəyimdən keçən görüşün heç-heçə ilə bitməsi idi, belə də oldu. Adamın hər iki komandanın oyunçularının əziyyətinə heyfi gəlir. Dünənki hava şəraiti çox ağır oldu. Komandalar meydanda mübarizə apardı".
 
Sadıqovun fikrincə, nəticə ədalətlidir: "Oyun haqqında danışılacaq çox şey yoxdur. Ədalətli nəticə heç-heçə idi".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest