"Barselona"nın yarımmüdafiəçisi Riki Puç La Liqanın 28-ci turunun "Osasuna" ilə qarşılaşmasında (4:0) mövsümdə ilk qoluna imza atıb. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Puçun qolu rekordla əlamətdar olub.
 
Belə ki, Puçun fərqlənməsi ilə İspaniya La Liqasının cari mövsümündə "Barselona"nın heyətində qol vuran futbolçuların sayı 22-yə çatıb. Bu isə 21-ci əsrin rekordudur.
 
"Barselona"nın əzəli rəqibi "Real"da 2019/20 mövsümündə 21 futbolçu qol vurmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest