PSJ-nin hücumçusu Neymar azarkeşlərin tənqidindən narazı qalıb. Liqa 1-in son turunda keçirilən "Bordo" ilə matçda (3:0) PSJ azarkeşləri Lionel Messi və Neymar hər dəfə topa sahib olanda fit çalıblar. Bundan başqa, onların ünvanına təhqiramiz ifadələr də səsləndirilib. Neymarın matçda bir qol vurması belə, fanatların hirsini soyutmayıb.
 
Matc.az Fransa mətbuatına istinadən xəbər verir ki, Neymar azarkeşlərin davranışından məyus olub.
 
Oyundan sonra 30 yaşlı futbolçu oğlunu və digər ailə üzvlərini ziyarət etmək üçün İspaniyaya – Barselonaya gedib.
 
PSJ ötən həftə çempionlar Liqasının 1/8 final matçında "Real"a uduzaraq, mübarizəni dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest