Almaniyanın "Hoffenhaym" klubu hücumçusu Andrey Kramariçlə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Xorvatiyalı hücumçu ilə 2025-ci ilin iyununadək yeni sözləşmə imzalanıb.
 
2016-cı ildən Bundesliqa təmsilçisində çıxış edən 31 yaşlı forvard 101 qolla komanda tarixinin ən yaxşı bombardiridir. Xorvatiya millisinin də üzvü olan Andrey Kramariç "Hoffenhaym"da 211 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest