İspaniyanın "Real" komandasının hücumçusu Kərim Benzema ən çox qol vuran fransalı futbolçuya çevrilib. Matc.az xəbər verir ki, o, İspaniya çempionatının 28-ci turu çərçivəsində baş tutan "Malyorka" ilə səfər oyununda dubla imza atıb. Qarşılaşma isə Madrid təmsilçisinin 3:0 hesablı qələbəsiylə yekunlaşıb.
 
"Real"ın hücumçusu bu dubl sayəsində aktivindəki qol sayını 413-ə çatdırıb. Bu göstəricidə ikinci yeri 411 qolla artıq karyerasını başa vurmuş Tyerri Anri tutur.
 
Benzema 2009-cu ildən "Real"da çıxış edir. O, komandanın heyətində 835 oyuna çıxıb. Kərim bu klubla üç dəfə İspaniya çempionu olub, iki dəfə ölkə kubokunu, dörd dəfə çempionlar Liqasını qazanıb.
 
Sonda Fransa futbol tarixinin iki ən yaxşı bombardirinin göstəricilərini təqdim edirik:
 
Kərim Benzema: 835 oyun, 413 qol, 204 məhsuldar ötürmə (+30 kubok)
 
Tyerri Anri: 914 oyun, 411 qol, 207 məhsuldar ötürmə (+20 kubok)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest