"Real"ın futbolçuları – Kərim Benzema, Ferlan Mendi və Rodriqo "Barselona"ya qarşı 29-cu turun oyununu buraxa bilər. Matc.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti açıqlama verib.
 
İtaliyalı mütəxəssis futbolçuların durumuna martın 16-da tam aydınlıq gələcəyini deyib.
 
Rodriqo son turun "Malyorka" ilə oyununun 71-ci, Ferlan Mendi 80-ci dəqiqəsində əvəzlənib. Sonadək meydanda olan Kərim Benzema isə qarşılaşmadan sonra ayağında ağrılar hiss edib.
 
Martın 20-də keçiriləcək "el-klasiko" Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest