"Barselona" "Milan"ın futbolçusu Frank Kessye ilə razılığa gəlib. Matc.az "Diario sport"a istinadən xəbər verir ki, tərəflər martın 14-də yekun razılığa gəliblər.
 
Fil Dişi Sahilindən olan yarımmüdafiəçinin "Milan"la müqaviləsi yayda başa çatacaq. Məhz bundan sonra o, azad agent kimi Kataloniya klubuna keçəcək.
 
25 yaşlı futbolçu 2019-cu ildən "Milan"da forma geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest