Xorvatiya Futbol İttifaqı futbolçu Deyan Lovrenin Rusiyaya qayıtmasını istəmir. Matc.az "Metaratings"ə istinadən xəbər verir ki, "Zenit"in xorvat müdafiəçisi yığma komandanın oyunlarından sonra Sankt-Peterburqa qayıtmağı planlaşdırsa da, Xorvatiya Futbol İttifaqının güclü təzyiqi altındadır.
 
Qurum rəhbərliyi hesab edir ki, Xorvatiya millisinin futbolçusu Rusiya klubu ilə müqaviləni dayandırmalıdır.
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest