Türkiyənin "Girəsunspor" klubuna transfer qadağası qoyulub. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Super Liqa təmsilçisi sabiq qapıçısı Adriano Fakkiniyə olan 115 min avro məbləğində borcunu ödmədiyi üçün sanksiya ilə üzləşib.
 
Braziliyalı qolkiper 2019/20 mövsümündə - Girəsun klubu 1-ci Liqada çıxış edərkən komandanın formasını geyinib.
 
Bu mövsüm Super Liqada keçirdiyi 29 oyunda 35 xal toplamış "Girəsunspor" 20 iştirakçı arasında 16-cıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest