Ukraynalı keçmiş futbolçu Leonid Boyarintsev Mariupolda itkin düşüb. Matc.az "sport.ua"ya istinadən xəbər verir ki, 40 yaşlı sabiq müdafiəçi martın 2-dən ailəsi ilə əlaqə saxlamayıb.
 
Boyarintsev 2000-2017-ci illərdə "Stal", "Mariupol" və "Naftafik" klublarının formasını geyinib.
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest