"Barselona" klubu ilə "Spotify" şirkəti arasında sponsorluq müqaviləsi imzalanıb. Matc.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb. Anlaşma bu ilin iyul ayından qüvvəyə minəcək və 4 il davam edəcək. 
 
Müqaviləyə görə, növbəti mövsümdən "Barselona"nın stadionu "Kamp Nou" "Spotify Kamp Nou" adlanacaq. 
 
1957-ci ildə tikilən "Kamp Nou" 99 min 354 tamaşaçı tutumuna malikdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest