"Mançester Yunayted"in hücumçusu Kristiano Ronaldo "Atletiko" ilə çempionlar Liqasının 1/8 finalının cavab oyununda uğursuz göstəriciyə imza atıb. Matc.az xəbər verir ki, 37 yaşlı hücumçu bu oyunda rəqib qapısına bir dəfə də zərbə endirə bilməyib. Artıq üçüncü dəfədir çL oyunlarında Ronaldo üçün belə hadisə təkrarlanıb. İlk dəfə "Mançester Yuneyted"lə "Panatinaikos"a (2003-cü il), ikinci dəfə isə "Real"la "Barselona"ya qarşı görüşdə (2011-ci il) Ronaldo qapıya zərbə endirə bilməyib.
 
"Mançester Yunayted" "Atletiko"ya uduzaraq (0:1, ilk oyunda 1:1), çempionlar Liqasında mübarizəni dayandırıb.
 
Yeri gəlmişkən, Kristiano Ronaldo və Fransanın PSJ klubunun hücumçusu Lionel Messi çempionlar Liqasında ardıcıl ikinci mövsüm mübarizəni 1/8 final mərhələsində dayandırıb. Parislilər də İspaniyanın digər təmsilçisi "Real"a uduzub - 2:3 (1:0, 1:3).
 
ötən mövsüm Messi İspaniya "Barselona"sının heyətində məhz PSJ-yə, Ronaldo isə İtaliya "Yuventus"u ilə birlikdə Portuqaliya "Portu"suna məğlub olmuşdu. Daha əvvəl isə onlar sonuncu dəfə 2004/05 mövsümündə 1/4 finala vəsiqə qazana bilməmişdilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest