Qazaxıstanın "Kayrat" klubunun sədri Kayrat Boranbayev saxlanılıb. Matc.az xəbər verir ki, bu barədə "KazTAG" nəşri məlumat yayıb. Maliyyə Monitorinqi Agentliyi 56 yaşlı klub rəsmisini Almatıda saxlayıb.
 
Boranbayev müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib. Yaxın günlərdə onunla bağlı istintaq tədbirləri keçiriləcək.
 
Boranbayev Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayevanın keçmiş qudasıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest