İspaniyanın "Real" klubu ukraynalılara bir milyon avro bağışlayıb. Matc.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "kral klubu" "Real Madrid" fondunun martın 5-də başlatdığı "Hamı Ukrayna ilə birlikdə" kampaniyasına qoşulub. "Real" ukraynalıların ehtiyaclarını yüngülləşdirməyə kömək məqsədiylə bir milyon avro ödəyib.
 
Bundan başqa, fond Ukraynadan çıxan qaçqınlar üçün 13 mindən çox isti idman geyimi bağışlayıb.
 
Ukrayna milli komandasının qapıçısı Andrey Lunin "Real"da çıxış edir.
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest