Azərbaycan I Divizionunda XVIII tura yekun vurulub. Matc.az xəbər verir ki, bu gün daha iki görüş keçirilib.
 
"Zaqatala" doğma meydanda MOİK-i 4:1 hesabı ilə məğlub edib. "Qarabağ"ın ikinci komandası isə "Keşlə"nin əvəzedicilərinə minimal hesabla uduzub.
 
I Divizion
XVIII tur
16 mart
 
Zaqatala – MOİK 4:1
Qol: Xəlil Bəşirov, 11; 25; 56. Hümbət Ələkbərov, 62 – Elvin Nəsibov, 16.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Əli Əliyev
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 13:00
 
Qarabağ-2 – Keşlə-2 0:1
Qol: Tərlan Quliyev, 11.
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Vüqar Bayramov, Elçin Məsiyev
Binə qəsəbə stadionu, 14:30
 
Turun digər oyunları
 
Qəbələ-2 – Səbail-2 4:0
Sumqayıt-2 – Neftçi-2 2:3
Qaradağ Lökbatan – Turan Tovuz 3:0
Sabah-2 – Zirə-2 2:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest