Martın 17-də AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. Matc.az xəbər verir ki, saat 10:00-da videokonfrans formatında keçiriləcək toplantının gündəliyinə 3 məsələ daxil edilib.  

Belə ki, AFFA-nın 2020-ci il yanvarın 28-də təşkil olunan Konfransında Nizamnaməyə uyğun olaraq həyata keçirilmiş struktur dəyişikliyi, Aç-2020-nin və Aç-2020 ilə bağlı hesabat işlərinin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, baş katibin müavini Sərxan Hacıyevə AFFA-nın baş katibi vəzifəsinin həvalə olunmasının müzakirəsi aparılacaq.

İkinci məsələ Futbolun İnkişafı Fondunun (FİF) Himayəçilər Şurasının tərkibinin təsdiq olunmasıdır. Bundan başqa,  Futbol Veteranları Fondunun Əsasnaməsinə uyğun olaraq, AFFA-dan təqaüd alan futbol veteranlarının siyahısına əlavələr ediləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest