"Milan"ın huçumçusu Zlatan İbrahimoviç növbəti dəfə İsveç millisinə çağırılıb. Matc.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
40 yaşlı hücumçu Dç-2022-nin pley-off mərhələsi üçün yığmaya dəvət alıb. İbrahimoviç 5 illik fasilədən sonra ötən il milliyə qayıtmışdı.
 
İsveç pley-off mərhələsinin yarımfinalında çexiya ilə qarşılaşacaq. İsveçlilər finala yüksəlsələr, Polşa ilə qarşılaşacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest