Almaniyanın "Borussiya" (Dortmund) klubunun qapıçısı Roman Bürki karyerasını ABŞ-da davam etdirəcək. Matc.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
İsveçrəli qolkiper MLS-də çıxış edən "Sent-Luis" komandasına keçib. 32 yaşlı oyunçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
 
Roman Bürki bu mövsüm "Borussiya"nın heyətində heç bir oyuna çıxmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest