Futbol üzrə Almaniya Bundesliqasında 25-ci turdan təxirə salınmış bir oyun keçirilib. Matc.az xəbər verir ki, günün yeganə matçında Dortmund "Borussiya"sı səfərdə "Maynts"la qarşılaşıb.
 
Görüşün taleyini bir qol həll edib. Dortmund təmsilçisi səfərdə çətin qələbəyə sevinib.
 
Bu qələbədən sonra "Borussiya" 56 xalla 18 kollektiv arasında 2-ci pillədə qərarlaşıb. "Maynts" isə 10-cu sıradadır.
 
Almaniya Bundesliqası
25-ci turun oyunu
16 mart
 
Maynts – Borussiya (Dortmund) 0:1
Qol: Vitsel, 87.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest