Bu gün Avropa Konfrans Liqasında 1/4 və yarımfinal mərhələlərinin püşkü atılıb. Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki püşkatma saat 18:00-da başlayıb.
 
Tədbirdə həmçinin, final matçının nominal meydan sahibini müəyyənləşdirmək üçün püşkatma keçirilib.
 
Püşk nəticəsində "Bodo Qlimt" "Roma"ya, "Feyenoord" Praqa "Slaviya"sına, Marsel "Olimpik"i PAOK-a, "Lester Siti" isə PSV-yə rəqib olub.
 
1/4 final matçları aprelin 7-də və 14-də, yarımfinal oyunları aprelin 28-də və mayın 5-də olacaq. Final qarşılaşması isə mayın 25-də, Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq.
 
Avropa Konfrans Liqası
1/4 final
 
1. Bodo Qlimt (Norveç) - Roma (İtaliya)
2. Feyenoord (Niderland) - Slaviya (Praqa, çexiya)
3. Olimpik (Marsel, Fransa) - PAOK (Yunanıstan)
4. Lester Siti (İngiltərə) - PSV (Niderland)
 
Yarımfinal
 
1. 4-cü cütün qalibi - 1-ci cütün qalibi
2. 2-ci cütün qalibi - 3-cü cütün qalibi
 
Final
 
1-ci yarımfinal cütünün qalibi - 2-ci yarımfinal cütünün qalibi
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest