İtaliyanın "Yuventus" klubunun futbolçusunda koronavirus aşkarlanıb. Matc.az Turin klubunun rəsmi saytına istinadən xəbər verir ki, "Yuventus"un yarımmüdafiəçisi Manuel Lokatellinin koronavirus testi müsbət çıxıb.
24 yaşlı futbolçu artıq karantinə alınıb.