Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
Yüksək Qızlar Liqasının "Xırdalan City" (Bakı) – "Balxurma" oyununda "Balxurma"nın futbolçusu Ceyla Dadayeva qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Yüksək Liqanın "Araz" – "Neftçi" İB oyununda "Neftçi"nin futzalçısı Elnur Zamanov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Yüksək Liqanın "Baku Fire 2" – "Xilə" FK oyununda "Xilə" FK təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:5 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlanarsa, komandanın yarışlardan kənarlaşdırılacağı barədə xəbərdarlıq edilib.
 
Futzal üzrə Birinci Liqanın "Baku Fire 2" – "Zəngilan" oyununda "Zəngilan"ın futzalçısı Qədir Rüstəmov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Zəngilan"ın digər futzalçısı Ayaz Səmədov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Matçın 19-cu dəqiqəsində oyun yarımçıq dayandırıldığı üçün hesab olduğu kimi saxlanılmaqla "Zəngilan"a texniki məğlubiyyət verilib.
 
Futzal üzrə Birinci Liqanın "Qarabağ Füzuli" – "Dəstə Ordubad" oyununda "Qarabağ Füzuli"nin futzalçısı Famil Qarayev sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın "Qarabağ Füzuli" – "Dəstə Ordubad" oyununda oyun yarımçıq dayandırıldığı üçün "Qarabağ Füzuli"yə 0:5 hesablı texniki məğlubiyyət verilib.
 
Futzal üzrə İkinci Liqanın "Zülfüqar" – "Dalğa" oyununda "Dalğa"nın futzalçısı Rafel Nağıyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Xan Lənkaran" – İSMA "Baku" oyununda İSMA "Baku" komandasının futzalçısı Heydər Abbasov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Timsport" – "Hövsan" oyununda "Hövsan"ın futzalçısı Nihad Əcəmov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra hakimə qarşı fiziki təsir göstərdiyi və təhqir etdiyi üçün 14 oyun cəzalanıb. "Hövsan"ın digər futzalçısı Zaur Həsənov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra yenidən meydan daxil olub təhqirlərə davam etdiyi üçün 5 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "İSMA" Baku – "Baker Tilly" oyununda "Baker Tilly" komandasının futzalçısı Orxan Həsənov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olaraq hakimə fiziki təsir göstərib. 11 mart 2022-ci il tarixli 24 nömrəli protokolun 24-cü qərarı qüvvədə qalaraq, oyunçunun cəzasının üzərinə 11 oyun əlavə olunub.
 
Region Liqasının "Şirvanovka" – "Şahdağ" (Quba) oyununda "Şahdağ" (Quba) komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. "Şahdağ" (Quba) komandası çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlmədiyi üçün yarışdan xaric olunub. Komanda çempionatın oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:3 hesabı ilə məğlubiyyət veriləcək.
 
Region Liqasının "Babək" – "Sədərək" oyununda "Sədərək" komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
Region Liqasının "Kəngərli" – "Araz Naxçıvan" oyununda "Araz Naxçıvan"ın futbolçusu Pərvin Rüstəmov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Kəngərli"nin futbolçusu Musa Eyvazov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Gənclər Liqasının "Sabah" - "Qarabağ" oyununda "Qarabağ"ın futbolçusu Riyad Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Sabah"ın futbolçusu Hüseyn Məmmədzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-17 Liqasının "Turan Tovuz" – "Neftçi" PFK oyununda "Neftçi"nin futbolçusu Vüqar Əlizadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest