Bu gün AFFA-nın inzibati binasında AFFA Region Liqasının pley-off mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, püşkün nəticəsinə əsasən pley-off-da aşağıda göstərilmiş komandalar qarşılaşacaq.
 
İlk oyunlar 26-27 mart, cavab qarşılaşmaları isə 2-3 aprel tarixlərində keçiriləcək.
 
1. "Energetik" (Mingəçevir) – "ümid" (Cəlilabad)
2. "İmişli" – "Cəbrayıl"
3. "Ağsu Siti" – "Karvan" (Yevlax)
4. "Qusar" – "Ağstafa"
5. "Astara" – "Füzuli"
6. "Xan Lənkəran" – "Şirvanovka" (Qusar)
 
1/4 final
 
1-ci cütünün qalibi - 2-ci cütünün qalibi
3-cü cütünün qalibi - 4-cü cütünün qalibi
5-ci cütün qalibi – 6-cı cütün qalibi
 
Qeyd edək ki, Naxçıvan Region Liqasının qalibi 4-cü komanda kimi yarımfinala vəsiqə qazanacaq. Yarımfinal və final qarşılaşmaları bir oyundan ibarət olmaqla neytral meydanda təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest