İngiltərənin "Everton" komandasının baş məşqçisi Frenk Lempard kuryoz hadisə nəticəsində zədələnib. Matc.az xəbər verir ki, o, Premyer Liqanın 20-ci turundan təxirə salınmış və ötən gecə baş tutan "Nyukasl"la ev oyununda əlini sındırıb.
 
Lempard 90+9-cu dəqiqədə vurduqları qələbə qolunu qeyd edərkən xoşagəlməz aqibətlə üzləşib. 43 yaşlı mütəxəssis hadisəni belə xatırlayır:
 
"Heç nəyə yumruq atmadım. Amma 2 dəqiqə sonra əlimin titrədiyini hiss etdim. Bu cür nəticələr qazanaq, hər həftə əziyyət çəkməyə hazıram".
 
"Everton" "Nyukasl"la oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest