Futbol üzrə Avropa Liqasında və Konfrans Liqasında həftənin ən yaxşı oyunçuları müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermədə "Atalanta"nın oyunçusu Merih Demiral 1-ci olub.
 
Türkiyə millisinin üzvü Tomaş Souçek ("Vest Hem", İngiltərə), Pedri ("Barselona", İspaniya) və Abel Ruisi ("Braqa", Portuqaliya) qabaqlayıb.
 
Demiral Avropa Liqasının 1/8 finalında "Bayer"lə cavab görüşündə (1:0) komandasının yeganə qolunun ötürməsini verib.
 
Konfrans Liqasında isə Niderland PSV klubunun oyunçusu Eran Zahavi həftənin ən yaxşısı seçilib. O, "Kopenhagen"ə səfərdə 4:0 hesabıyla qalib gəldikləri matçda dubla imza atıb. Konfrans Liqasında həftənin ən yaxşı adına Valenten Ronjye ("Olimpik", Marsel, Fransa), Vangelis Pavlidis ("Alkmar", Niderland) və Filipp Vizinger (LASK, Avstriya) də namizəd idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest