Futbol üzrə Türkiyə Super Liqasında 30-cu tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutub.
 
Lider "Trabzonspor" "Rizəspor"un qonağı olub. Trabzonlular beş qolun qeydə alındığı bu görüşdə məğlubiyyətə üzülüblər.
 
Günün digər matçında "Fatih Karagümrük" "Kayserispor"la üz-üzə gəlib. Meydan sahibləri bu matçda darmadağına seviniblər.
 
Türkiyə Super Liqası
30-cu tur
18 mart
 
Rizəspor – Trabzonspor 3:2
Qol: Pohyanpalo, 59-pen; 64-pen; 90+5-pen – A.ömür, 48. Djanini, 70.
 
Fatih Karagümrük – Kayserispor 3:0
Qol: E.Mor, 10; 36; 75.
 
19 mart
 
14:30 Yeni Malatyaspor – Kasımpaşa
17:00 Göztəpə – Alanyaspor
17:00 Adana Dəmirspor – Başakşəhər
20:00 Beşiktaş – Hatayspor
 
20 mart
 
14:30 Sivasspor – Altay
14:30 Antalyaspor – Girəsunspor
17:00 Qaziantep – Qalatasaray
20:00 Fənərbaxça – Konyaspor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest