Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 27-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" də növbəti matçına çıxıb.
 
Aue təmsilçisi doğma meydanda "Karlsrue" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib.
 
26 oyuna 19 xal toplamış "Ersgebirge" 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest