Futbol üzrə Almaniya Bundesliqasında 27-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.
 
"Qroyter" – "Frayburq" matçında hesab açılmayıb. Beş qolun qeydə alındığı "Ştutqart" – "Auqsburq" matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. "Herta" "Hoffenhaym"ı, "Maynts" isə "Arminiya"nı darmadağınla yola salıb.
 
Son iki turda qələbə qazana bilməyən lider "Bayern" bu dəfə "Union Berlin"i sınağa çəkib. Münhen təmsilçisi bu görüşdə darmadağına sevinib.
 
Almaniya Bundesliqası
27-ci tur
18 mart
 
Bohum – Borussiya (Mönxenqladbax) 0:2
Qol: Plea, 55. Embolo, 61.
 
19 mart
 
Herta – Hoffenhaym 3:0
Qol: Stark, 39. Belfodil, 63. Tuzar, 74.
 
Qroyter – Frayburq 0:0
 
Maynts – Arminiya 4:0
Qol: Burkardt, 1; 75. Niakate, 65-pen. İnqvartsen, 79-pen.
 
Ştutqart – Auqsburq 3:2
Qol: Anton, 44. Marmuş, 79. Tyaqo, 85 – Han, 6. Qreqoritş, 45+1.
 
Bayern – Union Berlin 4:0
Qol: Koman, 16. Nyanzu, 25. Levandovski, 45+1; 47.
 
20 mart
 
18:30. Leypsiq – Ayntraxt
20:30. Volfsburq – Bayer
22:30. Köln – Borussiya (Dortmund)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest