İşğaldan azad edilən tarixi torpaqlarımızda ilk idman tədbirini Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası təşkil edib

İşğaldan azad edilən tarixi torpaqlarımızda ilk idman tədbirini Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası təşkil edib. Matc.az xəbər verir ki, Tərtər rayonunun Suqovuşan qəsəbəsində Suqovuşan su anbarında avarçəkənlərin təlim-məşq toplanışı və nümunəvi çıxışları olub.
 
Suqovuşana səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva təlim-məşqi yerində izləyiblər.
 
ölkə başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının məlumat lövhələri ilə tanış olub. Yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulan bazaların yaradılacağı məkanlar Prezident İlham Əliyevə təqdim edilib. Qeyd olunub ki, yeni bazaların qurulmasında əsas məqsəd yeniyetmə və gənclər arasında bu idman növünə marağı artırmaq, kütləviliyi təmin etmək və inkişafına nail olmaqdır.
 
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva idmançıların avarçəkmənin akademik, kanoe və kayak növündə keçidini izləyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli tapşırıqlarına əsasən rəşadətli ordumuzun qısa zamanda düşmən işğalından azad etdiyi Suqovuşanda təşkil olunan xüsusi su şousu da zövq oxşayıb. Sonda Azərbaycan Respublikasının üçrəngi bayrağı özünəməxsus tərzdə ucaldılıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest